EN

TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi

(®) Ətraf mühitin qorunmasını və ekoloji rifahı özünün korporativ fəaliyyət prioritetlərinə daxil edən TuranBank Müşfiqabad qəsəbəsində keçirilən növbəti irimiqyaslı ağacəkmə aksiyasına qoşulub.

Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki,  ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500 ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarma infrastrukturunun qurulması nəzərdə tutulub.

Bu təşəbbüs, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılır. Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.

Qeyd edək ki, artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada assosiasiyaların məsul şəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.

Bu tədbir Bankın ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür. Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.

TuranBankağacəkmə aksiyası MüşfiqabadEldar şamı əkilməsizeytun ağacı əkilməsiAbşeron yaşıllaşdırma layihəsiekoloji təşəbbüs AzərbaycanTuranBank CSR fəaliyyətimeşə fondunun artırılması Azərbaycanyaşıllıq sahələrinin genişləndirilməsiEkologiya və Təbii Sərvətlər Nazirliyi layihəsibankların ekoloji layihələriağacəkmə kampaniyası 2023-2033dayanıqlı inkişaf Azərbaycankorporativ sosial məsuliyyət banklarMüşfiqabad 60 hektar layihəağac əkilməsi Azərbaycan bank sektoruətraf mühitin qorunması təşəbbüsləriAzərbaycan ekoloji memorandum layihəsi
Chosen
18
4
marja.az

6Sources