EN

İran və ABŞ də distant danışığa keçir

Regional vasitəçilər Tehran və Vaşinqton arasında mövqelərini tədricən ortaq nöqtəyə gətirmək məqsədi ilə danışıqları məsafədən davam etdirməyi tövsiyə ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazır.

Rəsmilər bildiriblər ki, onlayn müzakirələrin davam etdirilməsi qarşılıqlı anlaşmaya nail olmaq üçün tərəflərin mövqelərinin bir araya gətirilməsinə töhfə verə bilər.

WSJ-nin məlumatına görə, ABŞ İranla danışıqları davam etdirəcək və yaxın günlərdə İslam Respublikasının planına cavab və əks təkliflərini təqdim etmək niyyətindədir.

Bir müddət əvvəl "Əl-Mayadeen" televiziyası İranın vasitəçilərə ABŞ ilə danışıqlara hazır olduğu üç mərhələli plan təqdim etdiyini bildirmişdi. 

Məlumata görə, İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin dayandırılmasına və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir. 

Müzakirələrin ikinci mərhələsinin münaqişə bitdikdən sonra Hörmüz boğazının idarə olunmasına yönəlməsi gözlənilir. İranın təklifinə görə, üçüncü mərhələ Tehranın nüvə dosyesini müzakirə edəcək. 

İranın əvvəlki iki məsələdə razılığa gəlmədən bu məsələni müzakirə etməkdən imtina etdiyi vurğulanır.

Chosen
30
cebheinfo.az

1Sources