EN

"Azərişıq” selin vurduğu ziyanı aradan qaldıracaq

BAKI, 28 aprel. TELEQRAF

“Azərişıq” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında zədələnmiş yarımstansiyalar, kabel xətləri və elektrik avadanlıqları yenilənəcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında deyilir.

Sərəncama əsasən:

Binəqədi və Biləcəri: 110/35/10 kV-luq “Dərnəgül” və 35/6 kV-luq 89 saylı yarımstansiyalardan çıxan zədələnmiş kabel xətləri və avadanlıqlar yenilənəcək.

Xətai rayonu: “Əhmədli-200” yarımstansiyaları arasındakı 35 kV-luq hava xətti özüllərinin qəzalı vəziyyətə düşməsi səbəbindən, xəttin 4 km-lik hissəsi alternativ trassa ilə yeraltı kabel xəttinə keçiriləcək.

Suraxanı, Sabunçu və Xəzər: 360 və 22 saylı yarımstansiyalarda avadanlıqlar yenilənəcək, Xəzər rayonunda isə seldən zərər görmüş 6 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) bərpa olunacaq.

Strateji obyektlərin qorunması məqsədilə xüsusi tədbirlər müəyyən edilib:

Yaşma Külək Enerji Parkı: Xızı rayonunda yerləşən 2x40 MVA gücündə “KES” yarımstansiyasına sel dolması nəticəsində sıradan çıxmış akkumulyatorlar və mühafizə sistemləri yenilənəcək, kabel kanalları bərpa ediləcək.

Abşeron və Sumqayıt: Masazır yarımstansiyasında avadanlıqlar yenilənəcək, Badamlıq ərazisində isə yeni 35/10 kV-luq yarımstansiya tikiləcək. Sumqayıtda 7 transformator məntəqəsi əsaslı yenidən qurulacaq və kilometrlərlə yeraltı kabel xətti yenilənəcək.

Regionlarda həm sel sularının, həm də sürüşmələrin yaratdığı qəzalı vəziyyətlər aradan qaldırılır:

Quba rayonu: Qonaqkənd istiqamətində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş 12 km-lik hava xətti sürüşmə zonasından kənara çıxarılaraq yenidən qurulacaq. Rayon ərazisində ümumilikdə 22,5 km xətt təmir olunacaq və 5 KTM yenisi ilə əvəzlənəcək.

Qusar, Xaçmaz, Siyəzən və Şabran: Bu rayonlarda 15 km-dən çox elektrik xətti bərpa ediləcək və sel sularının tamamilə dağıtdığı 10-a yaxın KTM yenidən quraşdırılacaq.

Chosen
42
teleqraf.com

1Sources