EN

Cokoviçdən növbəti rekord: 860 həftə ilk “5-lik”də!

Serbiyalı tennisçi Novak Cokoviç ATP reytinqinin ilk “5-liy”ində 860 həftə keçirməklə yeni rekord müəyyənləşdirdi.

"Football-plus.az" xəbər verir ki, ona qədər ən yaxşı nəticə isveçrəli Rocer Federerə (859 həftə) məxsus idi. Bu göstəricidə 3-cü yeri ispaniyalı Rafael Nadal (837 həftə) tutur. Cokoviç 428 həftə reytiqin zirvəsində olub, 2-ci yerdə 171, 3-cü yerdə 165, 4-cü yerdə 59, 5-ci yerdə 37 həftə keçirib.

Hazırda ATP reytinqinin 4-cü pilləsində qərarlaşan 38 yaşlı Cokoviç “Masters” kateqoriyasından olan son üç turniri buraxıb. Serb ulduz karyerası boyunca ATP səviyyəli 101 titul qazanıb ki, bunlardan 24-ü “Böyük dəbilqə” seriyasından olan turnirlərdi.

Chosen
52
1
football-plus.az

2Sources