EN

Təhsildə növbəti addım –psixoloqlar da qiymətləndiriləcək

“Psixoloqlarımızın bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Səhv etmirəmsə, bu, 2018-ci ildə baş tutub. Bu qiymətləndirmənin nəticələrinə əsasən onların bilik bazası ilə bağlı həm təlimlər təşkil etmişik, həm də təlim ehtiyaclarını müəyyənləşdirmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.

O vurğuladı ki, mövcud qaydalara əsasən sertifikatlaşdırma prosesi, ilk növbədə, təhsilverənlər, yəni müəllimlər üçün nəzərdə tutulub: 

“Təbii ki, növbəti illərdə bütün pedaqoji heyətin üzvləri mərhələli şəkildə bu və ya digər formada sertifikasiyadan keçəcəklər. Lakin məqsədəuyğun hesab olunurdu ki, bu prosesə ilk olaraq heyətin təxminən 90 faizini təşkil edən müəllimlərdən başlanılsın. Cari il isə bu prosesin sonuncu ilidir və artıq tamamlanma mərhələsinə çatır.

Düşünürəm ki, növbəti illərdə yalnız psixoloqlar deyil, eyni zamanda digər heyət üzvlərinin də peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və ümumilikdə bəzi məsələlərə, o cümlədən əməkhaqqı məsələlərinə baxılması mümkün olacaq”.

NURİYYƏ

Chosen
77
1
redaktor.az

2Sources