EN

Ad günündə tortu üzünə sürtmək istəyən 3 nəfəri ÖLDÜRDÜ

Hindistanda ad gününü qeyd edən bir kişi mübahisə zəminində öz məclisində üç nəfəri öldürüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb. 

Qəzetin məlumatına görə, tanışları tortu onun üzünə sürtmək qərarına gəliblər və bu, kişinin qəzəbinə səbəb olub. Vəziyyət tez bir zamanda mübahisəyə çevrilib. 

Atəşi kimin ilk açdığı məlum deyil. Üç kişi aldıqları yaralardan xəstəxanada ölüb.

Əsas şübhəli, ad günü olan Citu Saini polisdən qaçır.

Chosen
87
50
cebheinfo.az

10Sources