EN

“İranın qapalı strukturlarından kəşfiyyat məlumatları əldə etmişik”

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“İsrailin xarici kəşfiyyat xidməti “Mossad” müharibə dövründə İranın qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə əməliyyatlar keçirib”​.

“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu “Mossad”ın direktoru David Barnea 2025-ci ildə həyata keçirilən əməliyyatlara həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, xarici kəşfiyyat xidməti son illərdə gizli fəaliyyət göstərən təşkilatdan fəal əməliyyatlar həyata keçirən təşkilata çevrilib:

“Bu cür dəyişikliklər, xüsusilə İrana və Livana qarşı əməliyyatlarda özünü göstərdi və yeni bölmələrin yaradılması, ixtisaslaşdırılmış imkanların inkişafı və müasir texnologiyaların tətbiqi sayəsində mümkün oldu”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
qafqazinfo.az

1Sources