EN

Zelinskinin akademik adı verdiyi azərbaycanlı professor efirimizdə! Sevinc Telmanqızı ilə CANLI DEBAT

“The Sunday Times” Ukraynanın kəşfiyyatına istinadla Rusiya ordusunun sıralarında mümkün hannibalizm halları barədə məlumat yayıb.

Teleqraf Böyük Britaniya nəşrinə istinadla xəbər verir ki, Donetsk vilayətində - Pokrovsk rayonu istiqamətində ən azı beş belə hadisə qeydə alınıb.

Qeyd edilir ki, bunlar 2025-ci ilin sonları - 2026-cı ilin qışında ciddi təchizat problemləri və aclıq fonunda baş verib.

Ukrayna tərəfi sübut kimi Rusiya hərbçilərinin əsgər yoldaşlarının insan əti yeməsi faktlarını müzakirə etdiyi telefon danışıqlarını və fotoşəkilləri təqdim edib.
Xüsusilə, iki əsgər yoldaşını öldürən və onlardan birinin bədəninin bir hissəsini yeyən “Xromoy” adlı əsgərdən bəhs olunur. Görüntüləri araşdıran mütəxəssislər xəsarətlərin qəlpə ilə deyil, iti bıçaqla vurulduğunu bildiriblər. Məqalədə vurğulanır ki, belə hadisələr təbiətcə unikaldır, cəbhə xəttində hökm sürən son dərəcə çətin şəraitin, uzun müddət davam edən aclığın və əsgərlərin ruhi durumunun nəticəsidir.
Rusiya iddiaları təkzib edir, onları Ukrayna təbliğatı kimi xarakterizə edir.

Gündəmdəki bütün xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız professor, politoloq Ramiz Yunusdur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Chosen
61
1
musavat.com

2Sources