Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Misli Premyer Liqasında 29 tur geridə qalıb. Keçirilən 173 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 16 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Tural Qurbanov, Kamal Umudlu, Rəşad Əhmədov və Kamranbəy Rəhimov oyun idarə edib.
Fərid Hacıyevin ardıcıl təyinat almaması lider dəyişikliyinə şərait yaradıb. FİFA referisi Kamal Umudlu vahid liderliyi ələ keçirib. Umudlu 29 turdan 16-da iş başında olub. Onu 2 referi - hesabında 15 oyun olan Fərid Hacıyevlə Tural Qurbanov təqib edir.
Ötən turda olduğu kimi, bu turda da 2 futbolçu qırmızı vərəqə alıb. Ancaq hər ikisi bir görüşə təsadüf edib. Kamranbəy Rəhimov "Sabah" - "Karvan-Yevlax" matçında meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayevi (birbaşa qırmızı) və qonaqların oyunçusu Tompson Qavini (ikinci sarı) meydandan qovub.
"Sarı"lara gəlincə, hakimlər 23 vərəqədən istifadə ediblər. Vərəqələrdən 12-si meydan sahiblərinə, 11-i isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 323 sarı (13 qırmızı) - 353 sarı (10 qırmızı).
Beləliklə, 29 turun yekununda sarı vərəqə sayı 676-ya çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 23 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 699-a bərabər olub. Bu da orta hesabla hər turda 24,10, hər oyunda 4,04 vərəqə deməkdir.
İyirmi doqquz tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 66 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir.
Kamal Umudlu - 16 oyun
meydan sahibi 31 sarı 3 qırmızı
qonaqlar 32 0
cəmi: 63 3
Tural Qurbanov - 15 oyun
meydan sahibi 29 1
qonaqlar 29 0
cəmi: 58 1
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 1
qonaqlar 15 0
cəmi: 48 1
Elçin Məsiyev - 14 oyun
meydan sahibi 31 0
qonaqlar 30 3
cəmi: 61 3
Rəşad Əhmədov - 14 oyun
meydan sahibi 23 0
qonaqlar 39 1
cəmi: 62 1
Rauf Cabarov - 14 oyun
meydan sahibi 23 0
qonaqlar 28 1
cəmi: 51 1
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
İnqilab Məmmədov - 13 oyun
meydan sahibi 25 0
qonaqlar 30 1
cəmi: 55 1
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Kamranbəy Rəhimov - 13 oyun
meydan sahibi 17 1
qonaqlar 27 1
cəmi: 44 2
Rəvan Həmzəzadə - 12 oyun
meydan sahibi 22 0
qonaqlar 23 1
cəmi: 45 1
Əli Əliyev - 9 oyun
meydan sahibi 13 1
qonaqlar 18 0
cəmi: 31 1
Vüqar Həsənli - 5 oyun
meydan sahibi 8 0
qonaqlar 8 0
cəmi: 16 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Mirağa
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.