EN

Qaradağda çökmüş körpü yenidən inşa ediləcək

Bakı şəhəri, Qaradağ rayonunda yeni körpü tikiləcək...

Poliqon xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, Səngəçal-Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpü tikiləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.

Xatırladaq ki, sel suları Qaradağ rayonu ərazisindən keçən Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törətmişdi.

Poliqon.info

Chosen
10
11
poliqon.info

10Sources