EN

Zinəddin Zidanın oğlunun çənəsi sındı

"Qranada"nın və Əlcəzair millisinin qapıçısı Luka Zidan İspaniya Sequndasının 37-ci turu çərçivəsində bazar günü "Almeriya"ya 2:4 hesabı ilə uduzduqları oyunda ağır xəsarət alıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, matçın sonlarında zədələnərək əvəzlənən qolkiperin çənəsi sınıb.

Bundan başqa, müayinə zamanı sözügedən futbolçunun beyni silkələndiyi də üzə çıxıb. 

27 yaşlı "çərçivə" qoruyucusunun sıraya nə vaxt dönəcəyi açıqlanmasa da, onun yığma ilə iyunun ortalarında başlayacaq dünya çempionatına yollanmaq şansı minimuma enib.

Xatırladaq ki, Luka Zidan əfsanəvi fransalı Zinəddin Zidanın oğludur.

Əlcəzair seçməsi DÇ-də Argentina, Avstriya və İordaniya ilə eyni qrupda mübarizə aparacaq.

Toğrul

Chosen
36
6
fanat.az

7Sources