Bakı. Trend:
2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “AzərbaycanRespublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasındaQvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlıəməkdaşlığa dair Saziş” təsdiq edilib.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanimzalayıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təminetməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişinqüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinəyetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildirişgöndərməlidir.