EN

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri hökumət başçısı olub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Pataradze Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, MR-in Ali Şurasının toplantısında onun namizədliyi səs çoxluğu ilə dəstəklənib.

İclasda MR-in hökumət üzvləri də təsdiqlənib.

Səsvermədən öncə Zurab Pataradze çıxış edərək fəaliyyət planını təqdim edib. O bildirib ki, Acarıstanda reallaşdırılmasına başlanılan bütün mühüm layihələr davam etdiriləcək.

Qeyd edək ki, Acarıstan MR-in sabiq hökumət başçısı Sulxan Tamazaşvili aprelin 21-də Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Zurab Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri olub. O, 2016-2018-ci illərdə Acarıstan MR-in hökumət başçısı vəzifəsini tutub. Gürcüstan hökuməti onun bu vəzifəyə namizədliyini aprelin 23-də təqdim edib.

Chosen
25
2
apa.az

3Sources