EN

“Zərifə xanımın rolu bu baxımdan yalnız bir ana obrazı ilə məhdudlaşmır”

Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Zərifə xanımın əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Zərifə xanımın adından ilhamlanan bir dəyərlər sistemi bu gün Azərbaycan dövlətçiliyində gücün və siyasi iradənin formalaşmasına birbaşa təsir edən amilə çevrilib. Bu ad təkcə elm və humanizmi deyil, eyni zamanda mehribanlıq, zəriflik, iradə, məsuliyyət və yüksək milli mövqe ilə səciyyələnən bir dəyər məktəbini ifadə edir”.

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

“Məhz bu ideoloji və mənəvi xəttin davamı olaraq İlham Əliyev kimi qətiyyətli siyasi lider formalaşıb. O, bu xalqa sadəcə elmi irs deyil, dövlət düşüncəsi daşıyan lider yetişdirən ana nümunəsi bəxş etdi. İllərlə həsrətində olduğumuz torpaqların geri qaytarılması bu iradənin real təzahürüdür. Bu, təsadüf yox, dərin tərbiyə, sistemli düşüncə və güclü liderlik məktəbinin nəticəsidir. Zərifə xanımın rolu bu baxımdan yalnız bir ana obrazı ilə məhdudlaşmır. O, milli taleyə təsir edən, gələcək liderliyi formalaşdıran strateji bir şəxsiyyət kimi çıxış edir. Bu baxımdan, Zərifə Əliyevanın rolu sadəcə şəxsi deyil, milli miqyasda qiymətləndirilməlidir.Onun irsi bu gün Azərbaycan dövlətçiliyinin ideoloji və mənəvi əsaslarında yaşayan davamlı bir xətt kimi qalır. Əziz xatirəsi daim dərin hörmət və ehtiramla tərəfimizdən daim yad edilir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
3
adalet.az

4Sources