Bakı. Trend:
“Vahid elektron arxiv” informasiya sistemi haqqında "Əsasnamə”təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərara əsasən, Milli Arxiv İdarəsi “Vahid elektron arxiv”informasiya sisteminin aparılması, fəaliyyətinin təşkili,saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişafetdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Milli Arxiv İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iləbirlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərininvə elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatlarıninformasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçüntədbirlər görməlidir.