Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.
1news.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumsts görə, tələbələr universitetdən təxliyə edilirlər.
Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı AZXEBER.COM-a təsdiqləyib.
"Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq".