EN

Növbəti köç karvanı Xocavən şəhərinə və Xanoba kəndinə çatıb

Növbəti köç karvanı Xocavənd şəhərinə və Xocavəndin Xanoba kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə (176 nəfər), Xanoba kəndinə isə 60 nəfərdən ibarət 13 ailə köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Chosen
14
6
apa.az

10Sources