AZ

Köç karvanı Xocavənd şəhərinə və Xanoba kəndinə çatıb, açarlar təqdim edilib - FOTO

Növbəti köç karvanı Xocavənd şəhərinə və Xocavəndin Xanoba kəndinə çatıb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə (176 nəfər), Xanoba kəndinə isə 60 nəfərdən ibarət 13 ailə köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocavənd şəhərinə və Xocavəndin Xanoba kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim edilib.

Seçilən
15
6
aznews.az

10Mənbələr