İnsayderlərin ehtimallarına görə, aktyorun çəkilişlərdən imtina etmək qərarı təkcə səhhəti ilə deyil, həm də ailəsinə vaxt ayıra bilməməsi ilə bağlıdır. Qeyd edək ki, aktyor həmkarı Şarlotta Rayli ilə evlidir və cütlüyün iki övladı var. Hardinin əvvəlki münasibətindən isə 17 yaşlı bir oğlu da mövcuddur. "Tom kino sənayesində ən məşğul insanlardan biridir. Şarlotta onu demək olar ki, görmür", - deyə nəşrdə qeyd olunur.