EN

Lukaku "Napoli"dən ayrılır, İtaliyadan yox - SON DURUM

"Napoli"nin hücumçusu Romelu Lukaku karyerasını harada davam etdirəcəyinə qərar verib. 

Fanat.Az-ın məlumatına görə, məlumatı jurnalist Matteo Moretto yayıb. 

Xəbərə görə, belçikalı futbolçu "Milan"a keçmək istəyir. Rəhbərliklə münaqişəsi səbəbindən yayda Neapol klubundan ayrılacağı gözlənilən hücumçunun "İnter"ə qayıtmaq məsələsi nəzərdən keçirilmir. Lukaku üçün qapı faktiki olaraq bağlıdır. Bununla belə, oyunçunun karyerasını davam etdirməsi üçün ən real variant Milanın digər nəhəngidir.

Hazırda tərəflər arasında danışıqların gertdiyi bildirilir.

Romelu Lukaku bu mövsüm "Napoli"də cəmi 7 oyunda iştirak edib və 1 qol vurub. 

Chosen
42
1
fanat.az

2Sources