EN

Zurab Pataradze Acarıstan hökumətinin rəhbəri seçilib

Acarıstan Ali Şurası səsvermə nəticəsində hökumət başçısı vəzifəsinə Zurab Pataradzeni, eləcə də yeni nazirlər kabinetinin tərkibini təsdiq edib.

Vətəninfo.az  xəbər verir ki, qərara əsasən, Acara Səhiyyə və Sosial Müdafiə naziri Nino Nizharadze, Təhsil və İdman naziri Maia Xacişvili, Mədəniyyət naziri Eliso Bolkvadze, Kənd Təsərrüfatı naziri Denis Salukvadze, Maliyyə və İqtisadiyyat naziri isə Ednar Nataridze olacaq.

Səsvermədən əvvəl Zurab Pataradze çıxış edərək fəaliyyət planını təqdim edib və deputatların suallarını cavablandırıb. O, regionda başlanmış mühüm layihələrin davam etdiriləcəyini bildirib, həmçinin səhiyyə, təhsil, idman, mədəniyyət və turizm sahələrinin inkişafının əsas prioritetlər olduğunu vurğulayıb. Pataradze qeyd edib ki, yeni hökumət siyasi komanda ilə birlikdə Acaranın inkişafı üçün çalışacaq.

Məlumata görə, “Gaxaria – Gürcüstan” partiyasından olan müxalifət nümayəndələri səsvermədə iştirak etməyiblər.

Chosen
15
veteninfo.az

1Sources