EN

Bakıda universitet binasına YANĞIN

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın baş verib.

Bu barədə Far.Az-ə tələbələr məlumat verib.

Universitetin mətbuat xidməti Nicat Abdullayev isə faktı AZXEBER.COM-a təsdiqləyib.

"Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq",-deyə bildirib.

Chosen
39
7
far.az

8Sources