EN

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifəxanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Trend-ə Abşeron Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, RizvanNəbiyev, Zaur Şükürov və Ramid Namazov, YAP Abşeron RayonTəşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizəorqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayonictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli LiderHeydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinidərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanımƏliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinəucalan bütün qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəliksükutla anılıb.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmışvə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əksetdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Zərifəxanım Əliyevanın akademik və ictimai fəaliyyətindən söz açıb.Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsnaxidmətlərinin olduğunu, onun elmi araşdırmalarından sonra ölkəmizdəyayılmış bir çox göz xəstəliklərinin müalicə edildiyini vurğulayanRİH başçısı bildirib ki, Zərifə xanım əsl Azərbaycan qadının bütünmənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsin məhəbbətiniqazanmışdır. Xalqımızın daima Zərifə xanım Əliyevanı böyük məhəbbətvə sevgi ilə andığını vurğulayan RİH başçısı əlavə edib ki, onunşərəfli taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevinömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin anası olmasıyazılıb.

Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, Zərifəxanım Əliyeva Azərbaycanımızın, o cümlədən dünya tibb elminininkişafına böyük töhfələr vermiş, Azərbaycan qadınına nümunə olabiləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alimolmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarınınqayğısına qalıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Zərifə xanım Əliyevanıntibb sahəsindəki misilsiz xidmətlərindən danışaraq bildirib ki,akademikin fəaliyyəti nəticəsində ölkəmizdə çoxlu sayda gəncalimlər yetişib. O, Zərifə xanım Əliyevanın ictimai fəaliyyətindəndanışaraq qeyd edib ki, o, xeyirxah, hümanist və ictimai xadim kimixalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılıb.

Sonra çıxış edən Vətən Müharibəsi şəhidi, leytenant İlqarVəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbəmüdiri Təhminə Vəliyeva Zərifə xanım Əliyevanın həyat vəfəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakımüstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmıştraxomanın müalicəsindəki fəaliyyətindən söz açıb.

Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərininifasında bədii hissə təqdim olunub.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Məqalədə:
Chosen
46
12
az.trend.az

10Sources