EN

Ağcabədidə avtomobil piyadanı vurdu

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən qəza olub.

"Yeni Sabah" xəbər verir ki, Qaravəlli kəndində səhər saatlarında Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1969-cu il təvəllüdü Lətif Nağıyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
60
1
yenisabah.az

2Sources