EN

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Aprelin 28-də Azərbaycan Respublikası maliyyə nazirinin müaviniHimalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının “Rəqabətli,Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) və“Yaşana bilən Bakı” layihələri üzrə identifikasiya missiyaları iləgörüşüb.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı vəərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsininhazırlanması və icrası, eləcə də “Yaşana bilən Bakı” layihəsi üzrənövbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.

Himalay Məmişov Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətliəməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfəverdiyini qeyd edərək, kənd təsərrüfatı və suvarmainfrastrukturunun modernləşdirilməsi, eləcə də şəhərsalma sahəsindəgörülən işlər barədə fikirlərini bölüşüb.

Maliyyə nazirinin müavini kənd təsərrüfatının dayanıqlıinkişafına və suvarma infrastrukturunun müasirləşdirilməsinə xidmətedən CRAIS layihəsinin fiskal çərçivə, investisiya prioritetləri vəmərhələli yanaşma prinsipləri əsasında həyata keçirilməsininnəzərdə tutulduğunu bildirib.

Eyni zamanda “Yaşana bilən Bakı” layihəsi çərçivəsində şəhərinfrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığınyaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılmasıistiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələlişəkildə həyata keçiriləcəyi qeyd edilib.

Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun KəndTəsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankıilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunubildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatıvə şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsindəmühüm rol oynadığını, bu istiqamətdə institusional potensialıngücləndirilməsi və nəticəyönlü yanaşmanın tətbiqinin əhəmiyyətinivurğulayıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığıngenişləndirilməsi, cari layihələrin icra mexanizmlərinintəkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritetistiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
68
4
az.trend.az

5Sources