EN

Azərbaycanda icbari sığorta ödənişləri artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığortanövlərinin hesabına 65,476 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 28,2% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 8,2milyon manat və yaxud 27,4% artaraq 38,137 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-mart aylarında könüllü sığortabazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatımüştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandafəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötənilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyonmanat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyonmanat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrününgöstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2%çoxdur.

Məqalədə:
Chosen
109
50
az.trend.az

10Sources