EN

Ermənistan Türkiyə birgə işçi qrupunun iclası keçirildi

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iclas Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq baş tutub. 

Regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. 

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
2
unikal.az

10Sources