Yunanıstanda 4,9 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Yunanıstanda 4,9 bal gücündə zəlzələ baş verdiyini bildirib.
Yunanıstan sahillərinə yaxın Egey dənizinin sahilində baş verdiyi bildirilən zəlzələdən sonra 3,5 bal gücündə afterşok baş verib. Hazırda zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Zəlzələ paytaxt Afina da daxil olmaqla ətraf ərazilərdə və sahil xəttində hiss olunub. İlkin məlumata görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.