Bakı. Trend:
Aprelin 28-də PAŞA Holding və SOCAR, İspaniyanın nüfuzlu IEUniversiteti ilə strateji tərəfdaşlıq çərçivəsində, Elm və TəhsilNazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlikvə İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə AnlaşmaMemorandumu imzalayıblar.
Trend xəbərverir ki, təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafınatöhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçünregional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insankapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.
Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişafkimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçüntəhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcədə tədqiqat təşəbbüsləri həyata keçiriləcək.
Bu tərəfdaşlıq, həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıqvasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusionalpotensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsindəSOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfəvermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarınınhəyata keçirilməsi də planlaşdırılır.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu təşəbbüsünAzərbaycan gənclərinin və mütəxəssislərinin həyat və peşəkarfəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım,ümumilikdə Azərbaycan təhsilinə verilən dəyərli töhfə olduğunu qeydedib.
Mərkəzin yaradılmasında iştirak edən tərəflərə təşəkkürünü ifadəedən Emin Əmrullayev bildirib ki, bu əməkdaşlıq dövlət, özəl sektorvə biznes sənayesi arasında uğurlu tərəfdaşlıq nümunəsidir vəəvvəlki uğurlu birgə fəaliyyətlərin məntiqi davamıdır. Nazirçıxışında təşəbbüsün azərbaycanlı mütəxəssislərin şəbəkələşməimkanlarını genişləndirəcəyinə və onların qlobal platformalardadaha fəal iştirakına şərait yaradacağına inamını ifadə edib. SondaEmin Əmrullayev qeyd edib ki, əsas məqsəd ali təhsili daha əlçatan,münasib və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etməkdir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edibki, insan kapitalının gücləndirilməsi, süni intellekt, rəqəmsaltransformasiya kimi çağırışları hədəfləyən təşəbbüslər innovasiyaəsaslı inkişafa yatırılan strateji investisiyalardır. Bu baxımdanbeynəlxalq təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyətkəsb edir. PAŞA Holding, SOCAR və İspaniyanın IE Universitetiarasında əldə edilmiş razılaşmaya əsasən ölkəmizdə Liderlik vəİnnovasiya IE Mərkəzinin yaradılması beynəlxalq təcrübənintətbiqinə, müasir bilik və bacarıqların artırılmasına töhfələrverəcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında SOCAR-ın insankapitalının inkişafına mühüm önəm verdiyini bildirərək deyib ki,şirkət bu gün öz təcrübəsi və imkanları ilə bu təşəbbüsün həyatakeçirilməsinə töhfə verir. Bu layihənin əsas məqsədi beynəlxalqtəcrübədə olan yüksək bilik, bacarıq və liderlik səriştələriniAzərbaycana gətirib əlçatan etmək və ölkəmizdə böyük vizyona malikliderlərin hazırlanmasına xidmət etməkdir.
“IE Universiteti olaraq, bu təşəbbüsün irəlilədilməsindəgöstərdikləri uzaqgörənlik, inam və davamlı dəstəyə görə PASHAHolding və Socar-a səmimi təşəkkürümüzü bildiririk. BirlikdəAzərbaycanda liderliyi, innovasiyanı və qlobal əməkdaşlığı təşviqedəcək bir mərkəzin təməlini qoyuruq. Bu tərəfdaşlıq istedadlarıninkişafına töhfə vermək, institutları gücləndirmək və daha dinamik,rəqabətqabiliyyətli gələcək formalaşdırmaq istiqamətində ortaqöhdəliyimizi əks etdirir.” - IE Universitetinin İcraçı PrezidentiSantiaqo İniqes de Onsonyo əlavə edib.
İmzalanma mərasimində çıxış edən "PAŞA Holding"in Baş icraçıdirektoru Cəlal Qasımov bildirib:
“Azərbaycanda, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda insankapitalının gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir.Təxminən 100 milyon əhalisi olan bu region hazırda öz tarixininönəmli inkişaf mərhələsindən keçir və biz bu prosesi kənardanizləyən deyil, gələcəyin formalaşmasına real töhfə verən tərəfolmağı vacib hesab edirik. Eyni zamanda, cari təşəbbüs bizimkimliyimizi də ifadə edir: biz tərəfdaşlıqlarında qlobal,köklərində isə yerli - Azərbaycanlı olan bir şirkətik. BNY Melon,Raiffeisen Bank International kimi banklarla müxbir hesabtərəfdaşlıqları, World Economic Forum ilə əməkdaşlıq, Four SeasonsHotels and Resorts, Marriott International və One&Only Resortskimi şirkətlərlə əməkdaşlıq - bunların hər biri PAŞA Holding-inartıq bir beynəlxalq şirkət olduğuna işarə edir ki, IE Universityilə tərəfdaşlığımız da bu yanaşmanın nümunəsidir”.
Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş "PAŞA Holding" bu günbankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kəndtəsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcıbiznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyardABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti dəgenişlənməkdədir. Hazırda "PAŞA Holding" Azərbaycan, Özbəkistan,Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.
Baş ofisi Azərbaycanda yerləşən qlobal enerji şirkəti SOCARenerji resurslarının hasilatı, emalı və paylanması sahəsindəixtisaslaşıb. İnteqrasiya olunmuş iri enerji şirkəti kimi dünyamiqyasında geniş fəaliyyət göstərən SOCAR bu gün müxtəlifbeynəlxalq bazarlarda əhəmiyyətli rol oynayır.