EN

Tramp: “İran liderləri ancaq bombalardan anlayır...

ABŞ prezidenti özəl söhbətdə Tehranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gizli söhbətdə İran liderləri ilə bağlı sərt fikirlər səsləndirib. Axios portalının məlumatına görə, Tramp öz müşavirlərindən biri ilə söhbətində belə deyib: “Onların [İran liderlərinin] anladığı tək şey bombalardır”.

Nəşrin mənbələri Trampın əhval-ruhiyyəsini “realizmlə qarışmış məyusluq” kimi təsvir ediblər. Mənbənin sözlərinə görə, Tramp güc tətbiq etmək istəmir, lakin eyni zamanda geri çəkilmək niyyətində də deyil.

“Mən onun vəziyyətini realizm və məyusluq qarışığı kimi təsvir edərdim. O, hərbi güc tətbiq etmək istəmir, lakin bundan geri dönməyəcək”, deyə mənbə vurğulayıb.

Qeyd edək ki, son həftələrdə ABŞ və İran arasında gərginlik yenidən artıb. Tramp administrasiyası Tehranın nüvə proqramını dayandırması üçün maksimum təzyiq siyasətini davam etdirir. Ekspertlər hesab edir ki, Trampın bu cür sərt ritorikası İranı danışıqlar masasına qaytarmaq cəhdi ola bilər.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources