EN

OECD nin baş katibi: Qlobal miqyasda litium tələbatı 13 dəfə artacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 aprel, AZƏRTAC

İqlim hədəfləri çərçivəsində əsas mineralların istehsalının 10 milyon tondan 34 milyon tona çatdırılması zəruridir. Belə ki, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələrinin litium tələbatının 13 dəfə artacağı gözlənilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Matias Kormann deyib.

O bildirib ki, bərpaolunan enerji və elektriklə işləyən nəqliyyat vasitələri səbəbindən 2050-ci ilə qədər əsas minerallara ehtiyac əhəmiyyətli dərəcədə artacaq.

“Həmin təchizat zəncirlərinin şaxələndirilməsi və genişləndirilməsi bir seçim deyil, olduqca vacib və təcili məsələdir. Bunu düzgün şəkildə həyata keçirmək iqtisadi dayanıqlığın qurulmasına, rəqəmsal innovasiyanın sürətləndirilməsinə və enerji təhlükəsizliyinin əsasını təşkil etməyə kömək edəcək. Qlobal miqyasda ixrac məhdudiyyətləri 15 ildir davamlı olaraq artır, bu da kobalt və manqan ixracına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. İxrac qadağaları və kvotalar kimi ən sərt tədbirlər 2017-2019-cu illərdə bütün tədbirlərin yalnız 3 faizini təşkil edirdi. Lakin bu göstərici 2024-cü ildə 36 faizə yüksəlib. Bu artım marjinal dəyişiklik deyil, əksinə struktur dəyişikliyidir”, - deyə Matias Kormann əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
azertag.az

2Sources