Sorğu nəticələri son 25 ilin ən yüksək göstəricilərindən birini ortaya qoyur...
ABŞ-də əhalinin yarıdan çoxu şəxsi maliyyə vəziyyətinin pisləşdiyini bildirib.
Poliqon xəbər verir ki, bu barədə Gallup-un aprel ayının əvvəlində keçirdiyi sorğunun nəticələrində qeyd olunub. Araşdırmaya əsasən, respondentlərin 55 faizi maliyyə vəziyyətinin əvvəlki dövrlə müqayisədə pisləşdiyini deyib.
Bildirilir ki, bu göstərici ötən illə müqayisədə daha yüksəkdir və 2000-ci illərin əvvəlindən bəri qeydə alınan ən yüksək səviyyələrdən biri hesab olunur.
Ekspertlər bu dinamikanı uzun müddət davam edən yüksək inflyasiyanın nəticələri, eləcə də İran ətrafında münaqişə fonunda yanacaq qiymətlərinin son artımı ilə əlaqələndirirlər.
Sorğuda iştirak edənlərin 31 faizi əsas maliyyə problemi kimi yaşayış xərclərinin bahalaşmasını göstərib. Daha 13 faiz respondent isə enerji xərclərinin artmasını əsas çətinlik kimi qeyd edib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir.
İnflyasiya 2022-ci ildəki pik səviyyələrlə müqayisədə azalsa da, benzin qiymətlərinin yüksəlməsi ABŞ ailələrinin büdcələrinə təzyiq göstərməkdə davam edir. AAA-nın məlumatına görə, hazırda bir qallon yanacağın orta qiyməti təxminən 4,11 dollar təşkil edir. Münaqişə başlamazdan əvvəl isə bu göstərici 3 dollardan aşağı idi.
Poliqon.info