EN

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Süni

Raxshanda

Müəllif

Raxshanda

AMEA Tarix İnstitutunda keçirilən dəyirmi masada Azərbaycanın qədim tarixi rəqəmsal dövrdə dezinformasiyalardan qorunması məsələləri müzakirə edilib. AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan “ Ulusum.az-a bildirilir ki, 27 aprel 2026-cı il tarixində institutda “Azərbaycanın qədim tarix konsepsiyası: suveren dövlətin süni intellekt kontekstində dezinformasiya və kibertəhlükəsizliklə bağlı hədəflər”mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə çıxış edərək qədim tarix konsepsiyasının dövlətçilik ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, müasir dövrdə bu konsepsiyaya yeni yanaşmaların formalaşdırılması ilə yanaşı, onun rəqəmsal məkanda qorunması üçün innovativ həllərə ehtiyac artır.Məruzəçi süni intellekt texnologiyalarının həm tarixi faktların manipulyasiyası (deepfake, bot şəbəkələri), həm də tarixi yaddaşın qorunması baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Manna, Atropatena və Albaniya kimi qədim dövlətlərinin tez-tez dezinformasiya kampaniyalarının hədəfinə çevrilməsi rəqəmsal suverenlik məsələsini daha da aktuallaşdırır.R.Əlizadə həmçinin “deep learning” əsaslı “milli narrativ filtri”nin yaradılmasının vacibliyini qeyd edib və bunun sosial mediada tarixi saxtalaşdırma cəhdlərinin qarşısının alınmasına töhfə verə biləcəyini bildirib. O, mixi yazılı mənbələrin tədqiqində süni intellektin linqvistik və analitik imkanlarının geniş perspektivlər açdığını da diqqətə çatdırıb.Dəyirmi masada tarixi proseslərin düzgün təhlili və əldə olunan nəticələrin müasir təhlükəsizlik strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu

Azərbaycan–BƏƏ əlaqələri genişlənir

Chosen
33
1
ulusum.az

2Sources