EN

Milli Kitabxanada 80 yaşlı söz ustadına həsr olunan yubiley sərgisi FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aprelin 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı, şair, dramaturq və tərcüməçi Seyran Səxavətin yaradıcılığına və 80 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, tədbir saat 12:00-da start götürüb. Sərgidə Seyran Səxavətin zəngin ədəbi irsi, müxtəlif illərdə nəşr olunan əsərləri, yaradıcılıq yolunu əks etdirən materiallar və onun ədəbiyyatımıza verdiyi töhfələr nümayiş etdirilib.

Tədbir iştirakçıları yazıçının Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən, onun dramaturgiya və tərcümə sahəsindəki fəaliyyətindən danışıblar, həmçinin yubiley münasibətilə təbriklərini çatdırıblar.

Sərgi çərçivəsində qonaqlara Seyran Səxavətin yaradıcılığına dair geniş məlumat verilib, onun ədəbi irsinin gənc nəsil üçün əhəmiyyəti vurğulanıb.

Fotoları təqdim edirik:

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
1
cebheinfo.az

2Sources