EN

Şəhər və rayonlarda maarifləndirici billboardların quraşdırılması davam etdirilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə uyğun olaraq, antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici billboardlar respublikanın şəhər və rayonlarında quraşdırılıb.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, billboardların yerləşdirilməsi rayon (şəhər) icra hakimiyyətləri ilə birgə təşkil olunub. Maarifləndirici materiallar park və istirahət məkanlarında, küçə və prospektlərdə, təhsil müəssisələrində, eləcə də əhalinin sıx toplaşdığı digər ərazilərdə yerləşdirilib.

Hazırlanmış billboardlar “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə edir.

Ümumilikdə cari ildə respublika üzrə 26 rayonda və şəhərdə 145 ədəd billboard quraşdırılıb. Maarifləndirici billboardların uzunmüddətli nümayişi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
79
azertag.az

1Sources