Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Təcili yardım avtomobili qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Vladimir şəhərində baş verən hadisə kameraya düşüb. Belə ki, Stroiteley prospekti ilə Qorki küçəsinin kəsişməsində yük maşınının sürücüsü sayrışan işıqları yandırılmış təcili yardım avtomobilinə yol verməyib və toqquşma baş verib. Zərbənin şiddətindən təcili yardım heyəti avtomobildən kənara düşüblər. Qəza nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.