EN

"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq

style='margin-bottom:10px;'>

"Barselona" "Kamp Nou"da yenidənqurma işləri səbəbindən yenə çətinliklə üzləşib.

QOL.az xəbər verir ki, "Marca" nəşrinin yaydığı məlumata görə, 2027-ci ilin yayında arenanın dam örtüyünün quraşdırılmasına başlanacağı üçün klub yenidən stadionu bir neçə aylıq tərk etmək məcburiyyətində qalacaq. "Barselona" rəhbərliyi bu fonda əvəzedici heyətin rəqiblərini qəbul etdiyi "Yohan Kroyf" stadionunun genişləndirilməsi variantını nəzərdən keçirir.

Kataloniya təmsilçisi bu arenanın azarkeş tutumunu 16 minə çatdırmaq istəsə də, yerli hakimiyyət orqanları bu planlara kəskin etiraz edib. Administrasiya stadionun texniki baxımdan təxminən 10 min yerlik nəzərdə tutulduğunu və tutumunun 16 minə qədər artırılması ərazidə ciddi nəqliyyat problemləri yaradacağını bildirib.

Qeyd edək ki, bələdiyyə stadionun azarkeş tutumunun cüzi, yəni əlavə 4 min yer civarında artırılmasının nisbətən mümükün olduğunu bildirib. 

Chosen
67
2
teleqraf.com

3Sources