EN

“Fənərbaxça”nın istədiyi məşqçilər bilindi

“Fənərbaxça” rəhbərliyi yeni çalışdırıcı axtarışlarını davam etdirir. Metbuat.az xəbər verir ki, baş məşqçi postu uğrunda əsas namizədlər bəlli olub. Məlumata görə, əsas namizədlər kimi Aykut Kocaman və İsmail Kartal ön plana çıxır. Hər iki mütəxəssisin komandaya qayıtmağa müsbət yanaşdığı bildirilir. Məlumata görə, klub rəhbərliyi yaxın günlərdə seçki təqvimini açıqlayacaq və yeni baş məşqçi ilə bağlı yekun qərar, formalaşacaq idarə heyətinin öhdəsinə buraxılacaq.

Qeyd edək ki, “Fənərbaxça”da Domeniko Tedesko ilə yollar ayrılıb. Qərarın komandanın son turda səfərdə “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətindən sonra verildiyi qeyd olunub. Klub rəhbərliyi bununla yanaşı, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də əməkdaşlığa son qoyub. Bildirilir ki, mövsümün sonuna qədər komandanı köməkçi məşqçi Zeki Murat Göle çalışdıracaq.

Chosen
36
metbuat.az

1Sources