EN

Şəhərin mərkəzində skuterlə ölümə gedən sevgililər VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan skuter sürücüsünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 9-da paytaxtın Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, skuter sürücüsü yanında bir qadın sərnişinlə birlikdə yolun əks istiqamətində hərəkət edərək qarşıdan gələn nəqliyyat vasitələrinin üzərinə sürüb və ciddi təhlükə yaradıb.

Hadisənin günün qaranlıq saatlarında baş verməsi isə təhlükəni daha da artıran amillərdən biri olub. Görüntülərdən də aydın olur ki, sürücü nə təhlükəsizlik qaydalarına əməl edir, nə də digər hərəkət iştirakçılarının həyatını nəzərə alır.

Qanunvericiliyə əsasən, skuterdə iki nəfərin hərəkət etməsi qadağandır. Bundan əlavə, belə nəqliyyat vasitələrinin yolun əks istiqamətində idarə olunması və ümumi hərəkət axınına qarşı sürülməsi ciddi təhlükə mənbəyidir. Sürücülərə tövsiyə olunur ki, qaydalara əməl etsinlər və həm özlərinin, həm də başqalarının təhlükəsizliyini riskə atmasınlar.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
81
avtosfer.az

1Sources