EN

ABŞ Hörmüzdən “əlini üzüb”: Tarixi boru kəmərini ELAN EDƏCƏK

“Gəmilərin həyati əhəmiyyətli keçiddən tranzitini bərpa etməsi üçün İran tərəfindən Hörmüz boğazında qoyulmuş bütün minaların zərəsizləşdirilməsinə ehtiyac yoxdur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Kris Rayt “Bloomberg/” agentliyinə verdiyi müsahibədə bildirib.

Rayt Dubrovnikdə keçirilən Üç Dəniz Zirvəsi və Biznes Forumu çərçivəsindəki müsahibədə deyib:

"Sadəcə gəmilərin girib-çıxması üçün bir yol lazımdır. Düşünürəm ki, bu, tez bir zamanda baş verə bilər".

Rayt, həmçinin bildirib ki,  ABŞ Prezident Donald Trampın "Sülh Boru Kəməri Proqramı" çərçivəsində Amerika nefti qaznını Avropaya idxalını artıracaq tarixi boru kəməri müqavilələrini elan etməyi planlaşdırır.

Chosen
58
cebheinfo.az

1Sources