EN

Əmirliklərdən gözlənilməz gediş: neft bazarı alt-üst olur

Birləşmiş Ərəb Əmirliklərinin OPEK-dən ayrılması qlobal neft bazarında təklifin artmasına və Yaxın Şərq ölkələri arasında parçalanmanın dərinləşməsinə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın La Repubblica qəzeti yazır.

Nəşrin məlumatına görə, Əbu-Dabi kvotalardan kənar qalacağı təqdirdə hasilatı artırmaq imkanına sahib olacaq. Bu isə orta müddətli perspektivdə bazara əlavə neft axını deməkdir.

Qəzet qeyd edir ki, belə bir addım yalnız enerji bazarına deyil, həm də region ölkələri arasında mövcud balanslara təsir göstərə və OPEK daxilindəki birliyi zəiflədə bilər.

Musavat.com

Chosen
54
5
musavat.com

5Sources