EN

ÇL: PSJ yarımfinalın ilk raundunda "Bayern"i diz çökdürdü

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk matçda son çempion PSJ ilə Almaniya nəhəngi "Bayern" üz-üzə gəliblər. 

Luis Enrikenin baş məşqçisi olduğu parislilər rəqibini Fransada üstələməyi bacarıblar.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko Madrid" İspaniyada London "Arsenal"ını qonaq edəcək.

UEFA Çempionlar Liqası
1/2 final, ilk oyun
28 aprel

PSJ (Fransa) - "Bayern Münhen" (Almaniya) 5:4

Qollar: X.Kvarasxeliya, 24, 56. J.Neves, 33. O.Dembele, 45+5-pen, 58. - H.Keyn, 17-pen. M.Olise, 41. D.Upamekano, 65. L.Dias, 68.

Chosen
49
2
fanat.az

3Sources