EN

PSJ “Bavariya”nı məğlub etdi 9 qolluq triller

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ evdə “Bavariya” üzərində 5:4 hesablı qələbə qazanıb.

Lent.az xəbər verir ki, gərgin və bolqollu keçən qarşılaşmada Paris klubunun heyətində Xviça Kvaratsxeliya (24, 56), Xuan Neves (33) və Usman Dembele (45+5, pen., 58) fərqləniblər.

Almaniya təmsilçisinin qollarını isə Harri Keyn (17, pen.), Maykl Olise (41), Dayo Upamekano (65) və Luis Fernando Dias (68) vurublar.

Beləliklə, PSJ iki oyundan ibarət yarımfinalın ilk görüşündə minimal üstünlük əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
4
lent.az

5Sources