EN

Afinada silahlı insident, yaralananlar var

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yunanıstanın paytaxtında psixiatrik xəstələrin saxlandığı və müalicə aldığı məkandan qaçan 89 yaşlı qoca ov tüfəngindən insanlara atəş açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən yaşanan insidentdə 5 nəfər yaralanıb.

Adı açıqlanmayan keçmiş hərbçi əvvəlcə sosial təminat xidmətinin ofisinə daxil olaraq 1 nəfər əməkdaşı yaralayıb. Daha sonra taksi ilə Afinanın mərkəzindəki məhkəmə binasına gedib. Burada da insanlara atəş açan qoca daha 4 nəfərə xəsarət yetirib. Ardınca isə silahı ataraq hadisə yerindən qaçıb.

Qeyd edək ki, onun hərəkətlərinin motivləri bəlli deyil. Qocanın axtarışına onlarla polis əməkdaşı cəlb olunsa da, hələlik bir nəticə verməyib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
525.az

1Sources