EN

Pişik boyda siçovullar

ain.az, 525.az portalına istinadən məlumat verir.

ABŞ-nin Filadelfiya şəhərinin Meyfer rayonunun sakinləri yerli hakimiyyət orqanlarına şikayət ünvanlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Meyferdə gəmiricilərin sayının həddən artıq çoxalmasıdır.

İş o yerə çatıb ki, əsasən zibilliklərdə rast gəlinən siçovullar evlərə və avtomobillərə soxulmağa başlayıb. Ən qorxulusu isə budur ki, bəzi hallarda sakinlər pişik boyda siçovullarla qarşılaşırlar. Hətta gəmiricilərin uşaqlara hücumu faktı da qeydə alınıb.

Yeri gəlmişkən, hakimiyyət orqanlarının cavabı gecikməyib. Pensilvaniya ştatının nümayəndəsi Cared Solomon problemin yaxın vaxtlarda həll ediləcəyini, bunun üçün əraziyə xüsusi qrupların göndərildiyini bildirib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
112
525.az

1Sources