ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Bavariya” futbol komandasının baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının birinci yarımfinalında PSJ-yə uduzduqları (4:5) oyundan sonra hakimlik barədə tənqidi fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis matçın gedişatına təsir edən bəzi qərarların yanlış olduğunu vurğulayıb.
Kompani xüsusilə təyin olunan penalti epizoduna diqqət çəkib:
“Hesab edirəm ki, təyin edilən penalti kifayət qədər mübahisəlidir. Gördüyüm qədərilə, top əvvəlcə bədənə, sonra ələ dəydi. Belə olan halda penalti verilməməli idi. Futbolda hər şeyin baş verə biləcəyini başa düşürəm, lakin epizoda diqqətlə yenidən baxsaq, bu qərarda səhv olduğunu görə bilərik”.
Buna baxmayaraq, “Bavariya”nın çalışdırıcısı mayın 6-da Münhendə keçiriləcək cavab qarşılaşması öncəsi nikbinliyini qoruyub:
“Növbəti oyunun öz meydanımızda keçiriləcəyini bilirik və qələbə qazanmağa məcburuq. Biz öz evimizdə tez-tez qalib gəlirik. Azarkeşlərimizin tam dəstəyi ilə uğura olan inamımız qətiyyən sarsılmayıb”.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.