EN

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində icra məmurlarının hüquqlarının genişləndirilməsi öz əksini tapıb.Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarda olan vəsaitə yönəldə bilər.Bəs bu dəyişiklik banka borcu olan şəxslərin məsuliyyətini nə qədər artıracaq?Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, yeni layihəyə əsasən icra məmurlarının səlahiyyətləri o qədər də genişləndirilmir:

 

“Qanunda sadəcə dəqiqləşdirmə aparılır. İcra məmurunun ümumən səlahiyyəti var ki, borcun ödənişi qarşı tərəfin əmlakına yönəltsin. Əsas yenilik odur ki, borc qarşı tərəfin bəzi əmlaklarına və hətta elektron puluna da yönəldilə bilər. Bu da əslində düzgündür. Borclunu ödənişə məcbur etmək üçün icra məmurunun əlində kifayət qədər alət olmalıdır.

Amma nəzərə alaq ki, hazırda borcluların çoxunun adına hər hansı bir əmlak yoxdur. Bu da borcun qısa müddətdə ödənilməsində problemlər yaradır. Yeni dəyişikliyin nə qədər səmərəli olduğunu zamanla biləcəyik”.Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
bizim.media

3Sources