Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan avtobus sürücüsünün görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində (Koroğlu metrostansiyasının qarşısında) qeydə alınıb. Belə ki, 77-JD-809 qeydiyyat nişanlı avtobusun sürücüsü hərəkət etdiyi zolaqdan qəfil sağa keçərək motosiklet sürücüsünü sıxışdırıb. Qəza baş verəcəyini görən motosiklet sürücüsü sağ zolağa manevr edərək qəzadan son anda yayınıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.