EN

Goranboyda gənc oğlanın meyiti tapıldı

Goranboy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü T.Məmmədovun meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən tapılıb.

İlkin məlumata əsasən, ölümün səbəbi hələlik məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır. (Lent.az)

Bizim.Media

Chosen
70
4
bizim.media

5Sources