EN

FIFA DÇ-2026 iştirakçıları üçün mükafat fondunu artırdı

BAKI, 29 aprel. TELEQRAF

2026-cı il futbol üzrə dünya çempionatının iştirakçıları üçün nəzərdə tutulan mükafat məbləği 15 faiz artırılıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat FIFA nümayəndələrinin 28 aprel tarixli qərarında yer alıb.

Bildirilib ki, turnirin ümumi mükafat fondu 871 milyon dollara (744 milyon avro) çatacaq. Bu qərar çərşənbə axşamı Vankuverdə keçirilən FİFA Şurasının iclasında qəbul edilib.

Mükafat fondunun artırılmasına səbəb kimi bəzi iştirakçıların vergi ödənişləri və komanda xərcləri səbəbindən maliyyə itkiləri ilə üzləşə biləcəyi ilə bağlı müraciətləri göstərilib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında ümumilikdə 727 milyon dollar (621 milyon avro) ayrılacağı açıqlanmışdı. Lakin təşkilat turnirin kommersiya uğurunu əsas gətirərək bu məbləği artırıb.

Chosen
69
teleqraf.com

1Sources